İraq Şam İslam Dövləti (İŞİD) adlı terrorçu qrup Mosulda Şəhər Sənədin adlı bir bəyanat yayaraq, ziyarətgahların dağıdılması və tütün məmulatlarından istifadədən Çəkinmə istəyib.
Əl-Aləm telekanalının məlumatına görə, İŞİD qruplaşması Niynəva vilayətinin bəzi məntəqələrində yayılmış bu 16 bəndlik sənəddə qadınlardan istəyib ki, islami Şəriət əsasında təkcə ehtiyac olan zaman və zərurət məqamında evdən çıxsınlar və uzun və geniş paltarlar geysinlər.
İŞİD tərəfindən yayılmış bəyanat sonra İraq dövləti ilə hər cür həmkarlıq və bu ölkənin ordusu və polisində xidməti muzdurluq və mürtədlik adlanıdıraraq, bu işi görəcək kəsləri ölümə layiq bilib və əlavə edib: Tövbə qapıları Tövbə etmək istəyən kəslər üçün açıqdır və biz tövbəçiləri qəbul etmək üçün xüsusi məkanlar nəzərdə tutmuşuq.
İŞİD terror qrupu İndiyədək özünün İraqdakı terroçuluq və işğalçılıq hərəkətləri üçün heç bir qeyri-insani əməldən çəkinməyibdir.
