DünyaXƏBƏRLƏR

İran avtomobilqayırmada dünyada 18-ci yerdədir

Beynəlxalq Avtomobilqayırma Birliyi İran İslam Respublikasını dünyanın 18-ci ən böyük avtomobilqayıran ölkəsi adlandırıb.

İran Tələbələri Agentliyi İSNA-nın məlumatına görə, Beynəlxalq Avtomobilqayırma Birliyi son hesabatında 2012-ci ildə dünyanın ən böyük avtomobilqayıran ölkələrinin adlarını açıqlayıb. Bu arada İran 989 min 110 avtomobil istehsal etməklə 18-ci pillədə qərarlaşıb və Asiya qitəsində də 8-ci yeri tutub.

Bu məlumata görə, Çin 2012-ci ildə 19 milyon 271 min 711 avtomobil istehsal etməklə dünyanın ən böyük avtomobilqayıran ölkəsi olub.

ABŞ və Yaponiya da 10 milyon 328 min 884 və 9 milyon 942 min 711 avtomobil istehsal etməklə 2-ci, 3-cü yerləri tutublar.

Almaniya, Cənubi Koreya, Hindistan, Braziliya, Meksika, Tailand və Kanada da avtomobil istehsalı baxımından 2012-ci ildə 4-cü 10-cu yeri tutub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu