AsyaDünyaİranXƏBƏRLƏR

İmameyn Əskərieyn(ə)-ın yeni zirehi İraqa köçürülməyə hazırdır

İslam Müqəddəsləri ziyarətgahlarının Bərpası Komitəsinin sədri İmameyn Əskərieyn(ə)-ın pak ziyarətgahının yeni zirehinin düzəldilməsi əməliyyatının başa çatmasından xəbər verib.

Həsən Pelarək deyib: Zirehin düzəldilməsi Ayətullah-ul-uzma Seyid Əli Sistaninin İrandakı nümayəndəsi- Huccət-ul-islam vəl-muslimin Seyid Cavad Şəhrestaninin nəzarəti altda həyata keçirilir.
İmameyn Əskərieyn(ə)-ın Samirra şəhərindəki ziyarətgahının günbəzi, minarəsi və zirehi bəzi ərəb ölkələrindən asılı olan təkfiri terrorçular tərəfindən iki yüz kiloqram partlayıcı maddədən istifadə edilməklə 2007-ci ildə tamamilə dağıdıldı.
Bu terror hərəkətinin ardınca müxtəlif dini təhsil mərkəzlərindəki din alimləri və təqlid mərcələri, siyasi şəxsiyyətlər və müxtəlif xalq təbəqələri əzadarlıq mərasimləri keçirərək, bu terror hərəkətini pislədilər və bəzi ölkələrdə, o sıradan İranda ümumi matəm elan olundu.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu