Bu gün İranda milli Əhalinin Qeydiyyata Alınması günü münasibətilə, nüvə şəhidlərinə özəl “Nüvə Şəhidi” vəsiqəsinin təqdimatı olub.
İranın Əhalinin Qeydiyyata Alınması Təşkilatının sədri Məhəmməd Nazemi Ərdəkani bu gün “Nüvə Şəhidi” vəsiqəsinin təqdimatı mərasimində deyib: Bu təşkilat simvolik bir hərəkətdə şəhidlərə o cümlədən nüvə şəhidlərinə özəl vəsiqə hazırlayıb.
İran Parlamentinin sədri Əli Laricani və daxili işlər naziri Əbdülrzanın iştirakı ilə keçirilən bu mərasimdə çıxış edən təşkilat sədri əlavə edib: Bu addım, daim İran xalqının qəlbində yaşayacaq şəhidlərin xatirəsini yad etmək məqsədini daşıyır.