AsyaDünyaİraqXƏBƏRLƏR

İraqlı alimlər döyüş paltarları geyərək orduya dəstək oldu

Tekfirci terroristlərin hərəkətlərini qınamaq üçün müqəddəs Nəcəf şəhərində toplanan İraqlı din alimləri, İraq xalqını tekfirci-baasçı terrorist qruplara qarşı döyüşməyə çağırdı.

Yüzlərlə İraqlı alimlər, döyüş paltarları geyərək, terrorçularla döyüşən İraq silahlı qüvvələrinə dəstəklərini elan etdi.

İraqlı alimlər və böyük dini orqanların nümayəndələri, terrorizmlə mübarizənin müəyyən bir qövm, məzhəb və tayfa aid olmadığını, tekfircilerle mübarizənin hər kəsin milli və şəri vəzifəsi olduğunu ifadə etdi.

İraq Yüksək İslam Məclisinin sədri Seyid Əmmar Həkim, Bağdad rəhbərliyindən Musuldakı xəyanəti vasvasılıqla araşdırmasını istəyərək, bütün İraqlıların terroristlərə qarşı verilən mübarizəyə dəstək vermələri lazım olduğunu, İraqın birliyi və bütövlüyünün qorunması üçün hər şeyin edilməsini vurğuladı.

Bu vaxt İraq Müdafiə naziri, IŞİD’le mübarizə üçün qeydiyyatdan etdirənlərin sayının 2 milyonu aşdığını, İraq hərbi mərkəzlərində başqa könüllülərin qeydi üçün bir yer olmadığını açıqladı.

İraq Baş naziri Nuru Maliki də, Ordu bünyəsində köklü dəyişikliklərin ediləcəyini, terrorizmlə mübarizə üçün könüllü olanların yeni ordunun təməllərini təşkil edəcəyini ifadə etdi.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu