Kanada polisi cümə günü Kebek məntəqəsində bir qocalar evində çıxan yanğında ölənlərin sayının 32 nəfərə çatdığını bildirib.
Kanada polisi yanğın nəticəsində həyatını itirmiş bəzi insanların cəsədinin hələ ki, tapılmadığını deyərək, bu səbəbdən onların adlarının hadisə qurbanları siyahısına daxil edilmədiyini bildirib.
Kanada rəsmiləri dünən qocalar evində çıxan yanğın nəticəsində 5 nəfərin həlak olduğunu və 30-a yaxın insanın da itkin düşdüyünü bildirmişdilər.
