Qəzzada olan UNICEF üst səviyyə səlahiyyətlisi Pernilla Ironside, İsrailin hücumları nəticəsində, son 48 saat içində 9 Fələstinli uşağın daha öldürülərək, İyuldan bu yana 469 uşağın həyatını itirdiyini və 370 mindən çox uşağın da “psixo-sosial” ilk köməyə ehtiyacı olduğunu ifadə etdi.
UNICEF Qəzza Bürosu Başçısı Pernilla Ironeside, BMT-də etdiyi mətbuat toplantısındakı çıxışında, Qəzzada uşaq olmanın tam bir “kabus” mənasına bərabər gəldiyinə işarə etdi. Ironeside, “İsrailin hücumlarının səbəb olduğu fiziki səviyyədəki xəsarət, uşaqlar üzərində təsirinin həqiqətən çox böyük olmasına baxmayaraq istikrarsızlaştırıcı təsiri baxımından romantik və psixoloji itkilərin tam olaraq bilinmədiyini” söylədi.
Uşaqlar baxımından Qəzzada etibarlı bir yer olmadığı duyğusunun hakim olduğunu ifadə edən Ironside, “Uşaqların təhlükəsizlik duyğusuna ehtiyacı var” dedi. Ironside, “Bütün istədikləri təhlükəsizlik duyğusu” olduğunu ifadə edərkən, Qəzzada təxminən 280 min adamın təhlükəsizlik üçün bir gecədə BMT Fələstinli Mühacirlərə Kömək Agentliyi (UNRWA) məktəbinə sığındığını vermişdir.
Qəzzada ölüm və yaralanmayla tanış olmamış bir ailənin belə olmadığını ifadə edən Ironside, UNICEF-in 50 psixoloq və məsləhətçisinin Qəzzada birbaşa itkilərdən təsirlənmiş 3 min uşağa çata bildiyini ancaq 373 min Fələstinli uşağın psixo-sosial təcili ilk köməyə ehtiyacı olduğunu vurğuladı. Ironside, ana və ataların da bir zədə halında olduqlarını ifadə edərək, bunun şok edici olduğunu söylədi.
48 saat ərzində 9 uşağın daha öldürülməsiylə 8 İyul tarixindən bu yana öldürülən uşaq sayı 469 adama çıxarkən, 3 min uşağın yaralandığını qeyd etdi. Ironside, UNICEF-in 219 məktəbin hava hücumları və bombardmanda zərər gördüyünü bunlardan 22 məktəb tamamilə dağıldığını ifadə etdi.