Dünən gecə Qəzzadakı yüksək binaları hədəf alan İsrail, Məclis binasını da vurdu.
İsrail döyüş təyyarələrinin, Qəzzadakı Qanunvericilik Məclisi binasını bombaladığı bildirildi.
Yerli qaynaqlardan alınan məlumata görə, İsrail döyüş təyyarələri, Qəzzanın Rimal Məhəlləsində olan Fələstin Qanunvericilik Məclisi binasını bombaladı.
Qəzzadakı Səhiyyə Nazirliyi sözçüsü Dr. Eşref əl-Kudra, binaya təşkil edilən hava hücumunda ölən ya da yaralanan olmadığını ifadə etdi.
Digər tərəfdən İsrail dünən gecə də yüksək binaları hədəf almağa davam etdi.
Qəzzada 13 mərtəbəli bir bina hədəf alındı, 20 nəfər yaralanıb. İsrail döyüş təyyarələrinin Qəzzada fərqli nöqtələrə təşkil etdiyi hücumlarda da 2 adam həyatını itirdi. İsrailin 7 iyuldan bu yana təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayı 2 min 135’i yüksəldi.
Həmas sözçüsü Əbu Zuhri’den, “Mülk qüllələrinin hədəf alınaraq vətəndaşların evsiz buraxılması insanlıq günahıdır” şərhi gəldi.