Sabah Azərbaycanda Mübarək Ramazan ayının 1-dir
Bir çox islam ölkəsində o cümlədən İran, İraq, Bəhreyn, Ərəbistan və Suriyada olduğu kimi sabah 10 iyul çərşənbə günü Azərbaycan Respublikasında da mübarək Ramazan ayının 1-i elan olunub.
Yeni ayın hilalının müşahidə olunmamasına görə, bu gün 9 iyul Şəban ayının 30-u və sonuncu günü sabah isə mübarək Ramazan ayının 1-dir.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə də bu il bildirib ki, Ramazan ayı yalnız yeni ayın hilalının görünməsi ilə müəyyən edilə bilər və heç kəs öncədən ayın nə zaman başlanacağını təyin edə bilməz.
Bu məlumata görə, mübarək Ramazan ayının gəlib çatmasını səbirsizliklə gözləyən Azərbaycan Respublikası müsəlmanları sabahdan etibarən İlahi qonaqlıq ayında İmsak və İftar süfrələrinin qonağı olacaq, bu mübarək ayın mənəvi dəyərlərindən faydalanacaqlar.
Azərbaycan Respublikası müsəlmanları arasında bu günü oruc tutaraq, mübarək Ramazan ayının pişvazına tələsənlər də çoxdur.
Bu məlumata görə, bir çox mağazalar və iş yerləri Ramazana özəl plakatlar asaraq, şəhərə Ramazana məxsus bir sima bəxş ediblər.
Ramazan ayında ehsan və iftar süfrələrinin təşkil edilməsi, Quran və dua məclislərinin keçirilməsi, qəza namazlarının qılınması Azərbaycan müsəlmanları arasında geniş yayılmış adət-ənənələrdəndir.