
İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Qərbin İranın “Qaher 313” qırıcıları haqdakı media təbliğatlarını jurnalist uydurmaları adlandırıb.
General-mayor Əhməd Vəhidi Mehr Xəbər Agentliyi ilə müsahibədə deyib: Əgər düşmənlər qəbul etsələr ki, İslam İnqilabı bir siyasi və mədəni qüdrətdir və sənaye sahəsində belə bir bacarıq əldə etməyə nail olub, o zaman özlərinin yeganə istila amillərini də itirmiş olarlar.
İranın müdafiə naziri daha sonra vurğulayıb: İran elə bir şəraitdə Qaher 313-ü istehsal edib ki, ABŞ-ın şah əsəri hesab olunan F35-i təqribən 10 il öncə layihələşdirilməsinə baxmayaraq, onun sınaq uçuşlarına 2006-cı ildən sonra start verilib və hələ də kütləvi istehsal mərhələsinə çatmayıb.
İran İslam Respublikasının yerli imkanlar və yerli mütəxəssislər hesabına layihələşdirərək, istehsal etdiyi Qaher 313 qırıcısının təqdimat mərasiminin ardınca, bəzi Qərb mediaları İranın belə bir inkişafa nail olmasını son dərəcə təəccüb və qəzəblə qarşıladılar. Buna görə də, Qaher 313 qırıcısı ABŞ-ın F18-nin oxşarıdır, Qaher 313 qırıcısının Dəmavənd zirvəsi üzərindəki uçuşu ilə bağlı təsvirlər fotoşop-dur kimi xəbərlər yaymaqla İranın bu uğurunu şübhə altına almağa çalışdılar. Halbuki, İranın sanksiya şəraitində olmasına baxmayaraq, yerli imkanlar hesabına belə bir böyük uğura imza atması düşmənləri tamamilə çaş-baş qoyub.