AsyaDünyaXƏBƏRLƏR

Moskva terrorizmlə mübarizədə Dəməşqi dəstəkləyir

Rusiya baş nazirinin müdafiə məsələləri üzrə müavini bu ölkənin beynəlxalq terror qrupları ilə mübarizədə Suriya hökumətini dəstəklədiyindən xəbər verib.

Ria Novosti-nin məlumatına görə, Rusiya baş nazirinin müdafiə məsələləri üzrə müavini Dmitri Roqozin Soçi liman şəhərində keçirilən Rusiya-Suriya Əməkdaşlıq Komissiyasının iclasında Rəsmi Dəməşqin terrorçu və ifratçı qruplarla mübarizə və ölkənin təhlükəsizliyinin təmini üzrə səylərini alqışlayıb.

Rusiya baş nazirinin müdafiə məsələləri üzrə müavini bu iclasda deyib: Bəşşar Əsədin Suriya prezident seçkilərində qalib gəlməsi bu ölkənin sabitliyi və təhlükəsizliyinin möhkəmlənməsi prosesinə müsbət təsir göstərdi və Moskva bu seçkilərin nəticəsini yüksək dəyərləndirir.
Roqozin əlavə edib: Suriya hökuməti terrorçularla mübarizə şəraitində seçkilər keçirdi və bu, Suriya hökuməti üçün böyük uğur sayılır.

Rusiya baş nazirinin müdafiə məsələləri üzrə müavini belə qeyd edib: Suriya prezident seçkiləri terrorçu qrupların onun keçirilməsinin qarşısını almağa can atdıqları bir halda uğurla keçirildi və hazırda bu seçkilərin Suriyanın vəziyyətindəki müsbət təsirlərinin şahidiyik.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu