Ərəbistan xalqının Şeyx Nəmr ilə həmrəyliyi
Ərəbistanın şərqində yerləşən Əl-Qətif şəhərinin əhalisi aksiya keçirərək, Ali-Səud rejiminin məhbəsində saxlanılan mübariz ruhani ilə öz həmrəyliyini bildirib.
Əl-Aləm telekanalının məlumatına görə, Əl-Qətif şəhərinin əhalisi Ərəbistan İslami Həmrəylik Qrupunun dəvəti ilə bu şəhərdə aksiya keçirərək, Ali-Səud rejiminin məhbəsində saxlanılan mübariz ruhani Şeyx Nəmr Baqir Əl-Nəmr ilə öz həmrəyliyini bildirib və bu ruhani üçün edam hökmünün çıxarılmasını pisləyib.
Bu aksiyada insan haqları fəalları və Əl-Qətif əhalisi Şeyx Nəmrin təsvirlərini əllərində tutaraq, bu ərəbistanlı ruhaninin və bütün siyasi məhbusların azadlığa buraxılmalarını tələb ediblər.
Ərəbistanlı aksiyaçılar öz şüarlarında insan haqları qurumlarından istəyiblər ki, Şeyx Nəmr barədə çıxarılan edam hökmünün icrasının qarşısını alaraq, Ərəbistan rejimi məhbəslərindəki məhbusların hüquqlarının pozulmasını ifşa etmək üçün hərəkətə keçsinlər.