AvropaDünyaXƏBƏRLƏR

Rusiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətdən narahatdır

Rusiya Dağlıq Qarabağ ərazisində vəziyyətin gərginləşməsindən narahatdır və münaqişə tərəflərini sərhəddə vəziyyəti sabitləşdirmək üçün əlavə tədbirlər görməyə çağırır. Bu barədə Səhər tv Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir.

“Son günlər sərhəddə və təmas xəttində atəşkəs rejiminin pozulması hallarını artması nəticəsində hərbçilər arasında itkilər var. Dinc əhali arasında yaralıların olduğu barədə məlumat var. Hesab edirik ki, gərginliyin bundan sonra da artması Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə mənfi təsir edəcək. Vyanada 19 yanvar 2013-cü il tarixində baş tutmuş sammitdə əldə olunmuş razılaşmaların reallaşmasında ciddi çətinliklər yarana bilər”.

Rusiya XİN münaqişə tərəflərini vəziyyətin sabitləşdirilməsi istiqamətində 1995-ci il atəşkəs rejimin möhkəmlənməsinə dair razılaşmada nəzərdə tutulmuş mexanizmləri də tətbiq etməklə əlavə tədbirlər görməyə çağırıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu