DünyaXƏBƏRLƏR

Amerikalı həmsədr: Qarabağ konflikti ilə bağlı ABŞ və Rusiyanın mövqeləri üst-üstə düşür

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin bildirib: Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ABŞ və Rusiyanın mövqeləri üst-üstə düşür, fikriləri eynidir.

Dekabrın 15-də ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Jak For (Fransa) və ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşik Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər.
Amerikalı həmsədr Ceyms Uorlikin bununla bağlı “Amerikanın səsi”nə müsahibəsində bildirb ki, ABŞ, Fransa və Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məsələsində bir tərəfdaş kimi eyni mövqedən çıxış edirlər. Amma qalır nizamlanmanın necə əldə olunması, bu, münaqişədə iştirak edən tərəflərin üzərinə düşən, onlardan asılı olan bir məsələdir.

Amerikalı həmsədr rəsmi Bakı və rəsmi Yerevan Minsk qrupu formatını bəyəndiyin deyb, Bildirib ki, Dialoq Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli nizamlanması baxımından önəmlidir. ona görə prezidentlərin növbəti görüşünün gələn ilin əvvəlində baş tutmasını nəzərdə tuturuq və gözləyirik.
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin “Qarabağ və işğal olunmuş rayonların Azərbaycana aid olub-olmamasını deməkdən boyun qaçırıb, Həqiqəti gizlətməyə çalışıb və belə deyib: Həm Azərbaycan, həm də Ermənistan tərəfi öz xalqının mənafeyinə uyğun bir həll yolu üçün çalışır, buna uyğun öz mövqelərini qurur.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu