Aprelin 18-də Bakıda hicab məhbuslarının 2-ci qrupun məhkəməsi keçirilib.
İslamazeri saytının verdiyi xəbərə görə, bu gün 2012-ci ilin oktyabr ayının 5-i Təhsil Nazirliyinin qarşısında keçirilən “Hicaba azadlıq” aksiyasında saxlanılan 53 nəfərdən daha 10 nəfərin- Bağırlı Seymur, Ağayev Bəxtiyar, Həsənov Elnur, Abdullayev Xudaverdi, Qəmbərov Məhəmməd, Məmmədov Nofəl, Rəsulov Turkel, İsayev Elsevər və Salahov Raufun məhkəmə prosesi keçirilib.
Növbəti məhkəmə iclası aprelin 25-ə saat 10:30-a təyin olunub.
Hicaba azadlıq tələbinə qarşı Azərbaycan Respublikası hökumətinin sərt repressiya siyasətri tətbiq olunsa da bu tələb ölkədə güclənməkdədir. Beləki, dünən Bakının Biləcəri qəsəbəsində yaşayış binalarına müxtəlif dini və siyasi çağırışları özündə əks etdirən şüarlar yazılıb. Xüsusilə, qəsəbəsinin Xəqani küçəsindəki evlərə və qarajların üzərinə “Hicaba Azadlıq”, “Ya Hüseyn”, “Dinimizi əlimizdən heç kəs ala bilməz” kimi şüarlar həkk olunub.
