SuriyaXƏBƏRLƏR

Suriyalı terrorçu və müxaliflər cəbhəsində ixtilaflar böyüyür

Suriyada silahlı qruplaşmalar arasında ixtilafın kəskinləşməsi ardınca, müxaliflərin rəhbərləri Nyu-York və Paris səfərlərindən təcili olaraq İstanbula qayıdıblar.

Nyu-Yorkda səfərdə olan Suriya müxalifləri milli koalisiyasının rəhbəri Əhməd Asi əl-Cərba öz səfərini yarımçıq qoyaraq İstanbula geri dönməyə məcbur olub.

Suriyada 13 silahlı qruplaşma bundan öncə elan edib ki, müxaliflərin koalisiyasını rəsmən tanımırlar. “Azad Ordu” da bu gün bildirib ki, artıq bu koalisiyanı rəsmən tanımayacaq.

“Azad Ordu”ya bağlı silahlı qruplaşmaların bir qrupu da bu qruplaşmadan ayrılaraq əl-Qaidəyə bağlı ifratçı qruplaşmalara qoşulub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu