Misirlilər Qahirədə Qətərin səfirliyi önündə piket keçirərək, bu ölkənin və sionist rejimin bayraqlarını yandırıblar.
Bir qrup misirli, o cümlədən inqilabçı partiya və qrupların tərəfdarları Qətərin Misirin daxili işlərinə müdaxilə etməsinə etiraz olaraq, bu ölkənin səfirliyi önündə aksiya keçiriblər.
Aksiya iştirakçıları təhlükəsizlik qüvvələrinin geniş iştirakına baxmayaraq, Qətər və sionist İsrail rejiminin bayraqlarını yandırıblar.
Aksiya iştirakçılarının əllərində üzərinə “Qətər Əmiri, ABŞ-ın muzduru!” şüarı yazılmış plakatlar da olub.
Qətərin baş naziri bir telemüsahibədə bildirib ki, ölkəsi işğalçı sionist rejim ilə əlaqələrin adiləşdirilməsini dəstəkləyir.