Livanın paytaxtı Beyrutun cənubunda bomba quraşdırılmış bir avtomobilin partladılması nəticəsində 20 nəfərin öldüyü bildirilir.
Bu partlayış nəticəsində 120 nəfər də yaralanıb.
Bu partlayış, Hizbullah tərəfdarlarının yaşadıqları məhəllədə baş verib.
Partlayış bir avtomobilə yerləşdirilmiş təqribən 60 kq TNT partlayıcı maddəsinin partladılması nəticəsində baş verib.
Suriyada Əsəd hökumətinə qarşı savaşan Aişə Batalyonu adlı terror dəstəsi bu hadisənin məsuliyyətini üzərinə götürüb.