İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü bir çox Livan vətəndaşının şəhid olması və yaralanması ilə nəticələnən Beyrutun Cənubi Zahiyə məntəqəsindəki partlayış və terror aktını kəskin şəkildə pisləyib, bu cinayətkar hadisənin qurbanlarının ailələri və yaxınlarının dərdinə şərik çıxdığını bildirib.
Seyid Abbas İraqçı əlavə edib: Yəqin ki, Livanın müqavimətli xalqı, xüsusilə də islam müqavimətinin fəxrli 33 günlük müharibəsindəki qələbəsinin ildönümü ərəfəsində Livanı de-stabil etmək və onun tayfaları arasında ixtilaf yaratmaq üçün sionistlər və onların dostlarının nəhs planı keçmişdəki kimi məğlubiyyətə uğramışdır.
“İslam müqaviməti və Hizbullah Livanın ərazi bütövlüyü və milli hakimiyyətinin müdafiəsi istiqamətində əsaslı və möhkəm məsələlər olunur. Livanın müqavimətli xalqı heç vaxt qanuni müdafiədə bu təbii haqqını əcnəbi və təcavüzkarlara verməyəcək və öz sayıqlıq və birliyini qoruyaraq Livanın milli vəhdəti və hakimiyyətinə uzanan təcavüzkarların əllərini kəsəcəkdir” –deyə İraqçı əlavə edib.