
Suriyalı qiyamçıların liderlərindən biri Livan Hizbullahını hücumla təhdid edib.
Səhər kanalı internet portalının məlumatına görə, Səlim İdris Röyters ilə müsahibədə Hizbullahı Suriya hökuməti ilə əməkdaşlıqda ittiham edərək, deyib: Əgər Livan Hizbullahı 48 saata kimi Azad Suriya Ordusunun nəzarəti altında olan bölgələrin bombardmanını durdurmazsa, onların mövqelərinə zərbə endirəcəyik.
Səlim İdris həmçinin, Hizbullahı Suriyada böhranı dərinləşdirməkdə ittiham və iddia edib ki, Hizbullah Homs vilayətində yerləşən Qəsr şəhərinin ətrafındakı kəndləri Livanın Bəka məntəqəsindən hədəfə alır.
Suriyalı qiyamçıların liderlərindən olan İdris bildirib ki, təyin olunmuş möhlətin başa çatması ilə uzaq mənzilli silahlara malik olan Azad Suriya Ordusu Hizbullahın mövqelərinə zərbə endirəcək.
Livan Hizbullahı isə Suriyaya qüvvə göndərməsi haqdakı iddiaları rədd edir.