Bakının əcayib xahişi!!
Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda təşəbbüsü ələ almağı ABŞ-dan növbəti dəfə xahiş edib.
Bu xahiş Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Elin Süleymanovun “The Hill” qəzetində dərc edilmiş məqaləsində əksini tapıb.
Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri bu xahişi əsaslandırmaq üçün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun bu həftə sionist rejim İsrailə etdiyi tarixi səfər üzərində təkid edir.
Səfir Azərbaycanın müsəlman ölkəsi olmasına baxmayaraq İsraillə sıx tərəfdaşlığından bəhs edir. E.Süleymanov vurğulayır ki, sionist rejim İsrail prezidenti Şimon Peres də bu səfərin “tarixi” olduğunu qeyd edib.
O, Yaxın Şərq münaqişəsinin misalında zaman keçdikcə münaqişə tərəflərinin öz mövqelərinə qapandıqlarını qeyd edərək Ermənistan-Azərbaycan münaqişəsinin uğurlu həlli üçün beynəlxalq ictimaiyyətin təcili tədbirlər görməli olduğunu bildirib. Diplomat bu xüsusda ABŞ-ı vasitəçi olaraq yüksək səviyyəli, nüfuzlu bir elçi təyin etməyə çağırıb!!
Səfir E.Süleymanovun istifadə etdiyi bu taktika yəni rəsmi Bakının sionist rejimlə bir qədər də yaxınlaşıb bu qul xidmətinə görə ABŞ-dan DQ məsələsinin həllində köməklik göstərməyi xahiş etməsi belə bir haldadır ki, ABŞ və sionist rejim DQ məsələsinin daqvamını öz maraqlarının təminatçısı kimi hesab edirlər. ABŞ isə MQ-da bu məsələnin uzanmasına zəmin yaradır.