İtaliya baş nazirinin ofisi önündə baş vermiş silahlı insident 2 nəfərin yaralanması ilə nəticələnib.
BBC telekanalının məlumatına görə, İtaliya baş naziri ofisinin önündə baş vermiş silahlı insident zamanı 2 polis əməkdaşı yaralanıb.
Hadisə şahidlərinin dediklərinə görə, ən azı 8 dəfə güllə səsi eşidilib.
Xəsarət alanlardan biri boyun, digəri isə ayaq nahiyəsindən güllə yarası alıb.
Silahlı hücumçu bir neçə dəfə atəş açdıqdan sonra yaxalanıb.
Bu hadisə elə bir şəraitdə baş verib ki, İtaliyanın baş naziri Enriko Leta 2 ay davam edən siyasi böhranın ardınca nəhayət Nazirlər Kabinetinin üzvlərini elan və Prezident Sarayında Nazirlər Kabinetinin yeni üzvləri ilə birlikdə andiçmə mərasimində iştirak edib.
