26-cı Beynəlxalq Kitab Sərgisi bu gün çərşənbə axşamı 4145 yerli və xarici nəşriyyatçının iştirakı ilə Tehranda işə başlayıb.
sərgiyə baxış keçirmək istəyənlər çərşənbə günündən etibarən, Tehran Müsəllasına müraciət edə bilərlər.
İranın islami mədəniyyət və irşad naziri- Seyid Məhəmməd Hüseyni deyib: Sərginin yerli bölməsində 2545 nəşriyyatçı iştirak edir. Beynəlxalq bölmədə isə 1677 nəşriyyatçı sərgiyə qatılıb.
Hüseyni daha sonra deyib: Builki kitab sərgisində iştirak edən xarici nəşriyyatçılar əsasən İslam ölkələri, habelə Avropa, Asiya, Şərqi Afrika və Latın Amerikası ölkələrindən, o cümlədən Almaniya, Çin və Yaponiyadan sərgiyə qatılıblar.