DünyaXƏBƏRLƏR

Peyk telekanallarının yayımlarının dayandırılması hüquqi cəhətdən izləniləcək

Birləşmiş Millətlər Təşkilatının İnformasiya Komitəsi bir qətnamə qəbul edərək, süni peyk, televiziya və radio verişlərinin yayımına nəzarət edən beynəlxalq qanunların pozulmasının hüquqi cəhətdən ciddi formada izləniləcəyinə təkid edib.

Bu qətnamə dünən cümə axşamı günü axşam “Ümumi İnformasiyalar üzrə Siyasətlər və Fəaliyyətlər” adı ilə BMT-nin İnformasiya Komitəsində təsdiq edildi.

İranın BMT-dəki nümayəndəliyinin də təsirli bəndlər əlavə etdiyi bu qətnamənin mətnində qərb ölkələrinin başqa ölkələrə hər cür media istilaçılığı və təsir göstərmələri pislənilib.

Süni peyk, televiziya və radio verilişlərinin yayımına nəzarət edən beynəlxalq qanun-qaydaların pozulmasına ciddi formada baxılması bu qətnamənin başqa mühüm bəndlərindəndir ki, qərblilərin müxalifətlərinə rəğmən təsdiq edildi.

BMT-nin İnformasiya Komitəsinin rəyasət heyətinin üzvü və bu qurumun məruzəçisi David Sinovamba özünün rəsmi hesabatında belə bildirib: “Qərb ölkələri İranın 20-dən çox telekanalının yayımını dayandırıblar və çalışırlar ki, media istilası ilə öz baxışlarını dünya xalqlarına qəbul etdirsinlər.

Amerika hökuməti bir neçə Avropa ölkəsinin müşayiəti ilə son aylar ərzində tam şəkildə siyasi bəhanələrlə İranın milli telekanallarının yayımı üzrə İran İslam Respublikası ilə müqavilələri olan beynəlxalq şirkətləri öz öhdəliklərini birtərəfli olaraq ləğv etməyə məcbur etdi.

BMT-nin İnformasiya Komitəsinin qətnaməsi bu təşkilatın Baş Assambleyasının payız sessiyasında heç bir dəyişiklik edilmədən təsdiq ediləcək.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu