AzərbaycanXƏBƏRLƏR

AB nigarandır-Azərbaycanda internet kəsilə bilər

Avropa Birliyinin Qonşuluq və İnkişaf Proqramının rəisi Azərbaycan Respublikasında internetə çıxışın qarşısının alınması ehtimalından nigaranlıq edib.

Avropa Birliyinin Qonşuluq və İnkişaf Proqramının rəisi- Fule Stefan cümə günü Bakıda bir mətbuat konfransında deyib: Avropa Birliyi İlham Əliyevin öz müxaliflərinə daha artıq təzyiq göstərmək və onları yatırmaq üçün bu ölkədə internetə çıxışı ümumiyyətlə bağlaması ehtimalından nigarandır.
F.Stefan əlavə edib: Azərbaycan Respublikasında insan haqları və söz azadlığına riayət məsələləri də Avropa Birliyini nigaran edən digər mövzulardırlar.
Bir müddət öncə İnsan Haqlarına Nəzarət(Human Riqhts Watch) təşkilatının Avropa və Mərkəzi Asiya ölkələri üzrə sədr müavini- Rassel Denber də Azərbaycan Respublikası rəsmilərini narazı gəncləri yatırmağa səy göstərməkdə ittiham etmişdi.
İnsan Haqlarına Nəzarət Təşkilatının rəsmilərinin bildirdiklərinə görə, Azərbaycan Respublikası rəsmiləri qanunsuz olaraq silah və narkotik maddələr saxlamaq kimi saxta ittihamlarla müxalifləri yatırmaqda və onları həbsə atdırmaqda uzun keçmişə malikdirlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu