Nəhayət BMT Baş Assambleyası bəzi qərb və ərəb ölkələrinin Suriyaya qarşı lüzumsuz və qalmaqallı tənzimlədikləri qətnaməni bir çox ölkənin qarşı çıxmasına baxmayaraq təsdiqləyib.
Baş Assambleyanın cümə axşamı günü keçirilən iclasında bu qətnamənin maddələri ilə razılıq və yaxud qarşı çıxmaq istiqamətində bir çox ölkə nümayəndələri tərəfindən çıxışlar olduqdan sonra, assambleya üzvləri 107 lehinə, 12 əleyhinə və 59 bitərəf səslə qətnaməni təsdiqləyiblər.
Bu qətnamənin maddələrindən birində iqtidarın ötürülməsi üçün Suriya hökumətinə müxalif qruplarının rolu dəstəklənib.
Bu qətnamədə həmçinin Suriya hökumətindən istənilib ki, bu ölkədə kimyəvi silahlardan istifadənin araşdırılması üçün BMT müşahidəçilərinin təhqiqatına icazə versin.
Bir sıra müxtəlif ölkələr, o cümlədən İran, Rusiya və Çin bu layihəyə qarşı çıxıblar.
İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Məhəmməd Xəzai bildirib: Suriya əleyhinə qətnamənin təsdiqlənməsi bu ölkədə bir dinc həll yolu tapmaq istiqamətində beynəlxalq ictimaiyyətin son səylərini zəiflədib və böhranın regionun digər ölkələrinə genişlənməsi təhlükəsini artırır.
Suriyada ifratçı qruplar tərəfindən firqə kobudluqları, ifratçılıq və qeyri-qanuni hərəkətlərin artmasından nigaranlığını bildirən Xəzai müxalif yaraqlı qruplaşmaların əməliyyatı və onun genişlənməsini regionun təhlükəsizlik və stabilliyi üçün böyük təhlükə adlandırıb.
Xəzai BMT Baş Assambleyasında Suriya əleyhinə irəli sürülən qətnaməni bu ölkə üçün sülh həll yolunun tapılması istiqamətində BMT-nin son səylərindən yayınmaq və bu təşkilatın əsasnaməsində qeyd olunan prinsiplərdən uzaqlaşmaq adlandırıb.
Suriyaya qarşı qətnaməyə İran İslam Respublikasının qarşı çıxmasının səbəblərini açıqlayan Xəzai deyib: Gülüncdür ki, bu qətnamədə sionist rejimin Suriyaya son hücumuna toxunulmayıb. Halbuki İsrail rejiminin Suriyaya hücumları təcavüz xarakterli addımdır və BMT əsasnaməsində qeyd olunan qanunlar və prinsiplərin ciddi şəkildə pozulmasıdır.
Dünyanın bir çox ölkəsinin səfir və nümayəndələrinin qarşı çıxmasına baxmayaraq, Qətər, Ərəbistan, İngiltərə və Fransanın israrlı olduqları Suriyaya qarşı qətnamənin ilkin mətni 4 dəfə dəyişildikdən və təxirə salındıqdan sonra təsdiqlənib.
