ABŞ dövlətinin öz vətəndaşlarından casusluq etməsinə görə rüsvay olmasından sonra bu dəfə İngiltərə ingilislərdən casusluq etməkdə ittiham olunub.
Edvard Snoden tərəfindən Guardian qəzetinə təqdim olunmuş ən yeni sənədlər ondan xəbər verir ki, İngiltərə gizli surətdə işıq teli şəbəkələrinə girmək imkanına malik olaraq, onların vasitəsi ilə telefon danışıqları, internet fəaliyyətləri və bir çox digər halları izləyib, sonra da qeydə alınmış informasiyaları Amerikanın ixtiyarına verir.
Guardian qəzeti bir mətləb dərc edərək bildirib ki, İngiltərə Kommunikasiya Mərkəzi 18 ay ərzində “Tempura” adlı əməliyyatı icra edibdir.
Bu əməliyyatda 3000 nəfər işıq teli kabellərindən informasiyalar toplamqla məşğul imiş.
Amerika Mərkəzi Kəşfiyyat Agentliy- CIA-nın sabiq texniki olmuş Edvard Snoden Amerika vətəndaşlarının telefon danışıqlarının dinlənilməsini ifşa edib və hazırda Hong-Konga sığınıbdır