Liviya mediası Binqazinin müxtəlif məntəqələrinə qarşı silahlı şəxslər tərəfindən 4 hücumun həyata keçirilməsindən xəbər veriblər.
Qərb mənbələri isə ABŞ-ın Liviyaya hərbi müdaxiləyə zəmin hazırladığından xəbər veriblər.
Liviya mediası bu gün bildirib ki, Binqazi şəhəri bu gün naməlum silahlılar tərəfindən 4 dəfə hücuma məruz qalıb.
Bu hücumlar şəhərin mərkəzində yerləşən kilsəyə, əl-Sabiri məntəqəsinin elektrik şirkətinə, Binqazi limanı və şəhərin mərkəzində Liviya ordusuna bağlı bir hərbi patrul dəstəsinə qarşı olub.
11 Sentyabr 2012-ci il tarixində Liviyanın Binqazi şəhərində həyata keçirilən hücum əməliyyatı zamanı ABŞ-ın Liviyadakı səfiri və daha 4 amerikalı həyatını itirmişdi.
ABŞ bu ölkə səfirliyinə qarşı həyata keçirilən hücumda iştirak edənləri ələ keçirmək bəhanəsi ilə Liviyaya hərbi qüvvələr köçürür.
