İranXƏBƏRLƏR

İran xarici işlər naziri Bakıya dəvət olundu

Azərbaycan Respublikası xarici işlər naziri özünün iranlı həmkarı ilə telefon danışığı zamanı Salehini rəsmi səfər üçün Bakıya dəvət edib.

İran İslam Respublikasının və Azərbaycan Respublikasının xarici işlər nazirləri Əli ƏKbər Salehi və Elmar Məmmədyarov telefon danışıqları zamanı iki tərəfi maraqlandıran məsələlər və ikitərəfli əlaqələr habelə regional və beynəlxalq məsələlər haqda fikir mübadiləsi aparıblar.

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov bu telefon danışığında Salehini rəsmi bir görüş üçün Bakıya dəvət edib.

Salehi də bu dəvəti qəbul edərək, ilk mümkün fürsətdə Bakıya səfər edəcəyini bildirib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu