Amerikanın Hava Qüvvələri Kaliforniyada yerləşən bir hava bazasından nüvə başlığı olmayan bir ballistik raketi sınaqdan keçirib.
Assoşiyetid-Pressin verdiyi məlumata görə Amerikanın Hava Qüvvələri Komandanlığı Vendenberq belə bildirib: “Minuteman3” tipli ballistik raket dünən yerli vaxtla səhər saat 6, 27 dəqiqədə atəş edildi və minlərlə kilometr o tərəfdə Sakit Okeanda məhv oldu.
Bu birinci dəfədir ki, cari milad ilində bu növdən olan ballistik raket sınaqda keçirilir. Hər il Vendenberg bazasında bir neçə Minuteman raketi sınaqda keçirilir ki, bu raket sistemlərinin nə qədər dəqiq olmaları bəlli olsun.