İraqda baş vermiş qanlı terror aktlarında 70 nəfər həlak olub, 200 nəfər də yaralanıb.
Bağdadın müxtəlif məntəqələri terror hücumlarına məruz qalıb. Bundan başqa Kərkük və Mosulda da 2 partlayış baş verib.
Bu gün də Bağdadın müxtəlif məntəqələrində bir neçə partlayış baş verib. Bu partlayışlardan biri İmam Kazım(ə)-ın məqbərəsi yaxınlığındakı avtoparkda baş verib.
Bağdad və İraqın bir sıra digər vilayətləri artıq bir neçə aydır ki, qanlı terror aktlarının şahididir. İndiyə kimi bu kobudluqlarda 500-dən çox iraqlı həyatını itirib.
