İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Suriya böhranını və onun həll yollarını araşdırmaq məqsədilə Tehranda keçiriləcək Beynəlxalq Suriyanın Dostları Konfransında iştiraka dünyanın 40 ölkəsinin habelə, regional və beynəlxalq təşkilatların nümayəndələrinin dəvət olunduğunu bildirib.
Tehran sabah çərşənbə günü(29 may) “Suriyanın Dostları” beynəlxalq konfransına ev sahibliyi edəcək.
İİR XİN sözçüsü Abbas İraqçı bu gün yerli və xarici jurnalistlərin iştirakı ilə keçirilən həftəlik brifinqində Tehran iclasının Suriya böhranı üçün siyasi həll yoluna nail olmaq ideyasının reallaşmasına dəstək istiqamətində adlandırıb və ümidvarlıq edib ki, Tehran iclasında iştirak edəcək bütün tərəflər Suriya xalqı tərəfindən qəbul edilə biləcək ortaq bir məxrəcə gəlməkdə ahəngdarlığa nail olmuş olsunlar.
İraqçı Birləşmiş Ərəb Əmirlikləri Futbol Federasiyasının bu ölkə premyer liqasının adını qondarma “Ərəb Körfəzi” adı ilə adlandırmasına da münasibət bildirərək, İranın Futbol Federasiyasının bu məsələni araşdırmaqla məşğul olduğunu bildirib və deyib: Bu, FİFA-nın nizamnaməsinə zidd bir hərəkətdir. Zira, futboldan siyasi məqsədlər üçün istifadə etmək olmaz.
İranın xarici diplomatiya idarəsinin sözçüsü Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktorunun İranın nüvə fəaliyyətləri ilə bağlı son hesabatı haqda da deyib: Yokio Amanonun hesabatı müxtəlif cəhətlərə malikdir və bu hesabatda müşahidə olunan odur ki, İranın nüvə nailiyyətləri beynəlxalq qanunlar və NPT protokolu əsasında olub. Bu baxımdan bu hesabatı qürur verici hesab etmək olar. Yəni, İranın nüvə fəaliyyətləri və uğurları keçmişdə olduğu kimi davam etməkdədir.