İranXƏBƏRLƏR

Qalibaf: İqtisadiyyat diplomatiyasını gücləndirəcəyəm

İranda 11-ci prezident seçkilərinin namizədlərindən olan Qalibaf deyib: Mən iqtisadiyyat diplomatiyasını gücləndirəcəm və bu siyasəti öz hökumətinin əsas prioritetlərindən qərar verəcəm.

Məhəmməd Baqer Qalibaf İranın 2-ci telekanalının xüsusi xəbər buraxılışında iştirak edib.

Qalibaf deyib: Xarici siyasət İranın milli mənafeyi və təhlükəsizliyini təmin etməli habelə, bizim dini-inqilabi mahiyyətimizə zəmanət verməlidir.

Prezidentliyə namizəd olan Qalibaf əlavə edib: Əgər biz ölkə daxilində birliyə, iqtisadi qüdrətə malik olmasaq və hökumət xalqının rəğbətini qazana bilməsə, dünya xalqlarının da rəğbətini qazana bilməz.

Qalibaf əlavə edib: İran böyük işçi qüvvəsinə malikdir. Özü də gənc və təhsilli işçi qüvvəsinə. Bu gün biz müxtəlif sahələrdə bir çox zəngin mənbələrə sahibik. Demək olar ki, İran mədənlər cənnətidir. Bunlardan biri isə neft və qazdır.

Qalibaf deyib: Ölkənin idarə olunmasında əsaslı dəyişikliklərə ehtiyac var. Həmçinin, səhvə yol verdiyimiz zaman sözümüzü geri götürməyi, səhvimizi düzəltməyi də bacarmalıyıq.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu