Rus mənbələr Ukraynadakı son hadisələrin araşdırılması üçün Rusiya Prezident Sarayında fövqəladə iclasın keçirilməsindən xəbər veriblər. Belə bir halda, Rusiya prezidentinin sözçüsü deyir ki, Ukrayna hərbçilərinin bu ölkənin şərqində yerləşən şəhərlərə hücumu Cenevrə razılaşmasının icrası imkanını aradan götürübdür.
Ukraynalı hərbçilər cümə axşamı günündən bəri Rusiya tərəfdarlarının nəzarəti altında olan şəhərlərə qarşı geniş hücuma başlayıblar. Bu toqquşmalar zamanı indiyədək onlarla nəfər ölüb və yaralanıb.
Hərbçilərin şərq şəhərlərinə hücumlarının ardınca Moskva bu addımı pisləyərək, Rusiya, Amerika, Ukrayna və Avropa Birliyi arasındakı Cenevrə razılaşmasını icraolunmaz adlandırıb.