Suriyada terrorçular Həmah şəhərinin ətrafında yerləşən Cədrin və Əl-Həmiri qəsəbəsində iki intihar partlayışı həyata keçirərək, yeni bir cinayət törədiblər.
Suriyanın Əl-Əxbariyyə telekanlının məlumatına görə, bir intihar amili bomba qoyulmuş bir avtomobili Həmah şəhərinin cənub-qərbində yerləşən Cədrin qəsəbəsinin mərkəzində partladıb. Bu partlayışda on yeddi nəfər, o cümlədən on bir uşaq həlak olub.