Bu gün şənbə 1435-ci hicri qəməri il rəcəb ayının 3-ü, 1393-cü günəş ili ordibehştin 13-ü əziz İslam Peyğəmbərinin (s.ə.s) nəvəsi Həzrət İmam Əli Ən-Nəqi (əs)-ın şəhadətinin ildönümünə tasadüf edir.
1181 il bundan əvvəl belə bir gündə 254-cü hicri qəməri ili rəcəb ayının 3-ü, İmam Əli Ən-Nəqi (əs) şəhid edildi.
O Həzrət 212-ci hicri qəməri ili Mədinə şəhərinin yaxınlığında dünyaya göz açdı və öz əziz atası Həzrət İmam Cavad (əs)-ın hüzurundan feyz alıb ilahi elmləri kəsb etdi . 10-cu məsum İmam atasının şəhadətindən sonra, İslam cəmiyyətinin rəhbərliyi və imamlığını öz öhdəsinə götürdü. Həzrət İmam Cavad (ə)-in ən çox tanınmış ləqəblərindən biri Hadi yaxud hidayət edən idi. İmam Hadi İslamın düzgün simasını tanıtdırmaqda çoxlu səylər göstərdi. O Həzrət fikri, etiqadi və ictimai məsələlər ətrafında çoxlu iclaslar keçirdi və bu iclaslarda irəli sürülən sualları və tərəddüdləri cavablandırdı.
Elm və Ədəb böyüklərindən təşkil olunan toplum o həzrətin nəzdinə gəlib onun hədsiz olan dəniz əhatəli elmindən bəhrələnirdilər.
İmam Hadi (əs)-ın geniş əhatəli elmi bir tərəfdən və o həzrətin sevimli və cazibəli şəxsiyyəti digər tərəfdən Abbasi hökmranlarının qısqanclığına gətirib çıxardı və nəhayət ki, belə bir gündə onlar intriqalar həyata keçirməklə İmam Hadi (əs)-ı şəhadətə çatdırdılar.
İran İslam Respublikasının Tele-Radio Təşkilatının Sərhədaşırı bölməsinin azəridilli Radiosu İmam Hadi (əs)-ın şəhadətinin ildönümü münasibəti ilə bütün Əhli-Beyt aşiqlərinə baş sağlığı verir.