İran prezidenti İran-İraq əlaqələrini qardaşcasına və qırılmaz əlaqələr adlandırıb və deyib ki, iki ölkə və iki xalq ortaq maraq və düşmənlərə malikdir və birlikdə olmalıdır və birlikdə olacaqdır da.
Doktor Əhmədinejad çərşənbə günü axşamçağı İraqın xarici işlər naziri- Huşyar Zibari ilə görüşdə deyib: Xalqlar bir-birilərinin kənarında qüdrətli və məğlubedilməz olurlar və əgər bir-birilərindən ayrı olarlarsa, düşmənlər onlara zərər vuracaqlar.
İraqın xarici işlər naziri- Huşyar Zibari də bu görüşdə İraqda təhlükəsizlik, stabillik və birliyin bərqərarı istiqamətində İran İslam Respublikasının dəstəklərinə təkid edərək, deyib: Bu gün İran və İraq müxtəlif ikitərəfli və regional məsələlərdə yaxşı anlaşma və ahəngdarlığa malikdirlər.
