
İran İslam Şurası Məclisinin sədri Qazaxıstandakı müzakirələrdən sonra Atom Enerjisi üzrə Beynəlxalq Agentlik tərəfindən bəzi açıqlamalara toxunaraq onlara üzünü tutub və deyib: Elə etməyin ki, İran bu yola yenidən baxmağa məcbur olsun. İslam Şurası Məclisi ABŞ, 5+1 və agentliyin davranışını diqqətlə izləyir və növbəti nüvə müzakirələrini başqa bir sınaq hesab edir.
İran parlament sədri bu gün parlamentin plenar iclasının əvvəlində deyib: Qazaxıstanda son müzakirələrdən sonra Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin və digərlərinin bəzi açıqlamaları müzakirələrə kömək etmək istiqamətində deyildi. Üstəlik onu bir növ müzakirələrə zərbə vurmaq kimi qiymətləndirmək lazımdır.
“İran bildirib ki, öz proqramında sülhməramlı nüvə texnologiyası vardır və Nüvə Silahlarının Yayılmamasına dair Saziş çərçivəsində AEBA ilə lazımi əməkdaşlığı edəcək. Lakin görünür qərblilər bəhanələrlə bu məsələdən sui-istifadə etmək ardıncadırlar” deyə Əli Laricani bildirib.
Laricani sözlərinin davamında deyib: Elə etməyin ki, İran bu yola yenidən baxmağa məcbur olsun. İslam Şurası Məclisinin sədri ABŞ, 5+1 və agentliyin davranışına diqqətlə nəzarət və növbəti nüvə müzakirələrini başqa bir sınaq hesab edir. Onlar bu şahmatda artıq uduzublar və İran ABŞ-a yeni macəralar ardınca olmaq üçün zamanı satın almaq imkanı verməyəcək.