İraqın Nümayəndələr Məclisinin deputatı Dr. Müsenna Əmin İraq Kürdüstan Regional Rəhbərliyində neft hasilatı və emalı proseslərinə nəzarətin olmaması ilə bağlı açıqlama verib.
O, bölgədəki neft quyularından birinin boru xətti ilə birbaşa özəl neft emalı zavoduna birləşdirildiyini və zavoda göndərilən neftin həcmini ölçən hər hansı sayğacın olmadığını bildirib. Müsenna Əminin sözlərinə görə, daşınan neftin miqdarı yalnız zavod sahibinin bəyanı əsasında müəyyənləşdirilir və ayın sonunda qəbul edilən çənlərin həcmi heç bir nəzarət mexanizmi olmadan bəyan üsulu ilə təqdim olunur.
Açıqlamaların sosial şəbəkələrdə gündəmə gəlməsindən sonra bəzi istifadəçilər və şərhçilər sözügedən obyektin Mansur Bərzaniyə məxsus olduğu bildirilən və onun qızı Lanazın adını daşıyan Lanaz Neft Emalı Zavodu olduğunu bildiriblər. Paylaşımlarda sayğac və rəsmi nəzarət olmadan həyata keçirilən neft daşınması tənqid edilib, bölgədə enerji nəzarəti mexanizmlərinin fəaliyyəti sual altına alınıb.


