Ayətullah əl-üzma Kərəhi ABŞ prezidenti Donald Trampın öldürülməsi barədə fətva verib. Kərəhi açıqlamasında Trampı əxlaqsız, günahkar və fasiq adlandırıb.
Kərəhi bildirib ki, Trampa qarşı ölümcül hücum həyata keçirən şəxs bütün dünyanın günahlarını daşısa belə, şəhid hesab ediləcək və cənnətə gedəcək. O, buna zəmanət verdiyini vurğulayaraq, Allahı şahid tutub ki, Tramp hücumdan sağ qalsa belə, hücumu həyata keçirən şəxs barəsində eyni hökm qüvvədə olacaq.




