DünyaXƏBƏRLƏR

Gənclərin çevriliş ifadəsi!!

10 martda əsgər ölümlərinə etiraz aksiyasını önləmək məqsədi ilə həbs olunmuş gənclərin 9 martda ağır ittihamları boyunlarına aldıqları ifadələr MTN tərəfindən efirə verilib. 
Son günlərdə həbs olunan və MTN-də saxlanılan NİDA hərəkatının üzvləri 9 martda “Space” telekanalına çıxarılıb və dövlət çevrilişini boyun alıblar!
Cəmiyyət tərəfindən zorla boyunlarına qoyulmuş hesab olunan “etiraflar”-da NİDA-çı gənclər gənclər – Şahin Novruzlu, Bəxtiyar Quliyev, Məhəmməd Əzizov “özünüifşa” janrında açıqlamalarında hətta “Molotov kokteyl”ləri hazırlamağı da öz üzərlərinə götürüblər!
Onlar hazırda həbsdə olmayan bir sıra tanınmış gənclərin də adlarını çəkiblər.
Space kanalı vasitəsi ilə yayımlanan bu “etiraflar”-da eyni zamanda, gənclər deyiblər ki, kənar təhriklərlə dövlət çevrilişinə hazırlaşırlar və  mübarizənin əski metodlarını köhnəlmiş hesab edirlər, bu səbəbdən də yeni metodlara əl atmaq istəyiblər, bu səbəbdən də “Molotov kokteyl”ləri hazırlamağı öyrəniblər və bunu da internetdə, facebook səhifələrində yayıblar!!
Həbs olunan 3 gənc ifadə verib ki, onlar tapılan narkotikləri aksiya iştirakçılarına verəcəkmişlər ki, “ürəkli olsunlar”.
“Space”dəki tele-ifadədənin yayımı cəmiyyət arasında ciddi narazılıq yaradıb və bu telekanalın keçmişdə ANS və Lider kimi necə bilavasitə MTN-ə işlədiklərini xatırladıb.
Bu arada Musavat qəzeti öz internet saytında bildirib ki, xüsusi xidmət orqanlarının hazırladığı və şərti adı “Peyvənd” (“Privıvka”) olan geniş çaplı əməliyyatdan “Yeni Müsavat” qəzeti həftələr öncədən məlumatlı idi!!

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu