İraqXƏBƏRLƏR

İraq dövləti iranlı zəvvarların həyatlarının qorunmasında məsuliyyət daşıyır

İran Xarici İşlər Nazirliyinin sözçüsü İraqın Diyalə vilayıtində İslam Müqəddəslərinin iranlı zəvvarlarına qarşı terror hərəkətini kəskin surətdə pisləyərək, onu kor-koranə, namərdcəsinə, habelə insani və islami prinsiplərlə təzadlı bir hərəkət adlndıraraq, bir daha İraq dövləti başçılarının iranlı zəvvarların həyatlarının qorunmasında məsuliyyət daşıdıqlarını vurğulayıb.

Seyyid Abbas İraqçı xüsusən İslam Peyğəmbəri(s.ə.s)-in Məbəs bayramı günündə paklıq Əhli-beyti(ə)-ın məqbərələrinin zəvvarları əleyhinə belə bir cinayətin törədilməsini belə bir məsələnin nişanəsi adlandırıb ki, bu hərəkətlərin amilləri ya birbaşa İslam Ümməti düşmənlərinin ünsürləridirlər, ya da ki, əcnəbilərin fitnələrinə düçar olduqları üçün onların hədəf və planları istiqamətində hərəkət edirlər.

İran Xarici İşlər Nazirliyinin sözçüsü söyləyib: İran İslam Respublikası ciddi surətdə bu məsələni diplomatik kanallarla iraqlı tərəflərlə izləyir.

Dünən Bağdaddan səksən kilometr şimal-şərqdə iranlı zəvvarlar karvanına qarşı terror hücumu nəticəsində on altı zəvvar şəhid olub, qırx dörd nəfər də yaralanıbdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu