Fransada ev-eşiksizlikləri və normal həyat yaşamına malik olmayan insanları dəstəkləyənlərin bu insanların vəziyyətinə etiraz olaraq ölkənin Daxili İşlər Nazirliyi önündə mitinq keçirilib.
Fransada çıxan Lopoan həftəliyinin internet saytı bir məlumatda qeyd edib: Son vaxtlar ölkənin DİN bir addımla şəhərin yaxınlığında o cümlədən İldofrans bölgəsində müvəqqəti şəkildə yaşayan ev-eşiksiz insanları qorumağa əl atıb.
Bu etiraz aksiyasının təşkilatçılarından olan mənzil hüquqları cəmiyyəti (DAL)-in sözçüsü Jean Baptiste Eyraud qış mövsümünün gəlib çatmasına işarə edərək dövlətdən bu ev-eşiksiz adamları himayə etməsini istəyib.
Onun sözlərinə görə hazırda bu bölgədə 150 min nəfərdən çox ev-eşiksiz insan yaşayır və yüzlərlə adam da sabit bir mənzilə malik deyil, halbuki İldofrans bölgəsində 7 milyon kvadrat metr boş torpaq mövcuddur .
Jan Baptiste xatırladıb: Qanuni bir yaşam və mənzilə malik olmaq vətəndaşların təbii hüququ olub və Fransada daxili işlər naziri Manoel Vals onun təminində məsuliyyət daşıyır.