Amerika xalqının böyük bir hissəsinin başının xristmas şənlikləri və yeni milad ilinin başlanmasına qarışdığı bir halda, bir milyon üç yüz min amerikalı işsizin fövqəladə sığortasının bu günlərdə kəsilməsi qərara alınıb.
Belə bir qərarın icra olunması ilə indiyədək işsizlik təqaüdü almaqla öz yaşayışını dolandıran bir neçə yüz min amerikalı ailə ciddi problemlə üzləşəcək. Belə bir halda, son vaxtlar təqribən beş milyon amerikalının qida kuponu da kəsilib və “Obamaker” adlanan yeni müalicə mühafizələri qanunun icrası ilə müalicə sığortalarına malik olmayan şəxslərin sayının artması təhlükəsi daha ciddi forma alıb.
Hər halda, yalnız bir neçə günü qalan iki min on üçüncü il Amerikada yoxsullar və azgəlirli şəxslər üçün son dərəcə çətin bir il olubdur. Belə bir halda, partiya qarşıdurmaları və maliyyə mənbələrinin kəskin çatışmazlığı Amerikada federal dövlətin fəaliyyətinin on günədək dayanmasına səbəb olub.
Bu hadisə Amerika ictimaiyyətinə ağır iqtisadi və heysiyyət zərbələri vurmaqdan əlavə, dövlət başçılarını ümumi xərcləri azaltmaq və maliyyə qənaətlərini tətbiq etməyə məcbur edibdir. Belə bir məqsədə çatmaq üçün bir neçə həftə bundan qabaq ABŞ konqresində respublikaçılar və demokratların başçıları qərara aldılar bir partiya sazişində bəzi ümumi xərcləri azaltsınlar ki, federal dövlətin iki min on dördüncü ildə bağlanmasının təkrarlanmasının qarşısını alsınlar. Bu üzdən tərəflər razılaşıblar ki, işsizlik sığortaları büdcəsini azaltsınlar və sonda bu qərar bir milyon üç yüz min amerikalı üçün fövqəladə işsizlik sığortalarının ləğv olunması ilə nəticələnəcək.
