Hollandiyanın 19821994-cü illərdəki baş naziri ifşa edib ki, soyuq müharibə dövründə bu ölkəyə gətirilmiş ABŞ-ın 22 atom bombası hələ də Eyndhoven şəhərində yerləşən Folkol hava bazasında saxlanılır.
1982-1994-cü illərdə Hollandaiyanın baş naziri olmuş Rud Lobers National Geography telekanalının bu ölkənin hava qüvvələri ilə əlaqədar sənədli proqramında izah edib ki, 1963-cü ildə bu bombaların Hollandiyanın cənub-şərqində Eyndhoven şəhərində Folkol hava bazasında yerləşdirmək üçün necə kömək etmişdir.
Lobers bu sənədli proqramda deyib: Zaman necə də tez keçir; Ona deyilmişdi ki, bu bombaları elə bir formada gizlətsin ki, adi vasitə kimi sayılsın və heç kim ondan şübhələnməsin.
Lobers bu proqramda həmçinin deyib: Əgər indi Folkol bazasına gedərsəniz, nüvə funksiyasına malik hələ də hissələrimizin olduğunu görəcəksiniz.
Hollandiyanın NRC qəzeti də bir məlumatda yazıb: 50 kilo-tonluq B-61 tipli bu atom bombaları 2-ci Dünya Müharibəsində Xirosima və Nakazaki üzərinə yağdırılan bombalarla müqayisədə 4 dəfə güclüdür.
Bu qəzetin yazdığına görə, bu bombalar 1960-cı illərdən SSRİ-nin hücumunun qarşısını almaq üçün Avropanın müxtəlif yerlərində saxlanılmış və gizlədilmişdi.