İran İslam Respublikası daxili işlər naziri bir daha seçkilərin nəticələri ilə bağlı istənilən güman və proqnoz barəsində xəbərdarlıq edib.
“Bizim 6 namizədimiz var və xalq öz marağı və istəyinə əsasən bu namizədlərdən birini seçə bilər” deyən nazir namizədlər və mediaları İran prezident seçkilərinin nəticələri barəsində istənilən güman və proqnozdan çəkindirib və deyib: Seçkilərin nəticələri elan olunmazdan öncə namizədlər və digərləri nəticələr barəsində heç bir güman etməsinlər. Çünki bu məsələ problem yaradır və ümumi fikirdə təşvişə səbəb olur.