LivanSuriyaXƏBƏRLƏR

Nəsrullah: Biz Amerikanın terrorçuluq siyahısında olmağımızla iftixar edirik

Livan Hizbullahının baş katibi Həzrəti Əbulfəzl(ə)-ın mövlud gününün ildönümü və müharibə əlili günü mərasimində Beyrutun cənubu, Bəəlbək, Nabatiyyə və Deyri-Qanunda video-konfrans formasında eyni vaxtda yayılan çıxışının əvvəlində sionist rejimin 33 günlük müharibədəki məğlubiyyətinə işarə edərək, deyib: Dünyanın ən güclü ordulaırından biri Müqavimətin ayaqları altda əzildi, lakin yenə də Müqavimətin məhv edilməsi və kökünün kəsilməsi vacibliyindən danışan kəslər tapılır.

Seyyid Həsən Nəsrullah sonra Müqavimətin Suriya böhranı qarşısındakı prinsipial mövqeyini vurğulayaraq, deyib: Livanı və Livan xalqını müdafiə etdiyimiz kimi, Suriyanın xalqı və dövlətini də müdafiə edəcəyik.
Seyyid Həsən Nəsrullah günahsız Suriya xalqının qırğın edilməsi əməliyyatının davam etməsi haqda söyləyib: Bir qrup şəxs Suriya xalqını qanına qəltan etməkdən qorxmur və yalnız Suriya quruluşunun süqut etməsini izləyir və əgər bu quruluş süqut edərsə, çaxnaşma və gərginliklər bütün ölkəni bürüyəcək.
O, deyib: Biz Amerikanın terrorçuluq siyahısında olmağımızla iftixar edir və avropalıların bir müddət bizi terrorçuluq siyahısına salmaq istəmələri ilə qürrələnirik.
Livan Hizbullahının baş katibi söyləyib: Hizbullah Fars Körfəzi hövzəsi ölkələrində heç bir mənsubiyyətə malik deyil və bilmək lazımdır ki, ümumiyyətlə Hizbullahlla bağlılığı olan kəslər həmin ölkələrdə qalmaq icazəsi əldə edə bilməzlər.
O, vurğulayıb ki, Hizbullah Fars Körfəzi hövzəsi ölkələrində heç bir layihəyə malik deyil. O, bildirib: Hər halda biz çıxardığımız bütün qərarların nəticələrini qəbul etməyə hazırıq.
Seyyid Həsən Nəsrullah söyləyib: Şəhid olan qüvvələrimiz, başımıza yağdırılan raketlər, ərəb ölkələrində zülmə məruz qalan şəxslərimiz bunu göstərir ki, Müqavimətin hərəkətləri fədakarlığın ən yüksək növüdür.
O, Suriya böhranına işarə edərək, deyib: Suriyada problem sünni əhli ilə şiələr arasında məzhəbi ixtilafın mövcud olması üstündə deyil, lakin bir qrup şəxs zəiflik və zəlillik üzündən böhranı tayfa və məzhəb qarşıdurmalarına doğru sövq etdirmək niyyətindədir.
O, əlavə edib: Biz əlimizdən gələni etməliyik ki, Suriya böhranı tayfa və məzhəb savaşına çevrilməsin; amma regiondakı bəzi ərəb süni peyk kanalları gecə-gündüz ümumi fikri aldatmaq və həqiqətləri tərsinə göstərməklə Suriya və məntəqədə fitnə və təfriqə törətmək üçün səy göstərirlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu