SuriyaXƏBƏRLƏR

Bəşşar Əsəd Avropa ölkələrinə xəbərdarlıq etdi

Suriya prezidenti Bəşşar Əsəd deyib ki, əgər Avropa ölkələri Suriyadakı yaraqlıların ixtiyarına silah verərlərsə, o zaman bu hərəkətlərinin ağır bədəlini ödəyəcəklər.

Almaniyada yayımlanan Frankfurter Algemeine Zeitung qəzeti Bəşşar Əsədə istinadən belə yazıb: Əgər Avropalılar üsyançıların ixtiyarına silah verərlərsə, o zaman Avropanın arxa bağçası terrorçuların məkanına çevriləcək və Avropa da bu hərəkətinin ağır bədəlini ödəyəcəkdir.

O sonra deyib: terrorçular məharətli döyüşçülərə çevriləcəklər və ifratçı ideologiya ilə geri dönəcəklər.

Həmçinin Bəşşar Əsəd Amerika, İngiltərə və Fransanın Suriyanın dövlət qüvvələrinin yaraqlılara qarşı kimyəvi silahlardan istifadə etmələri üzrə iddialarını təkzib edib.

O deyib: Əgər Fransa, İngiltərə və Amerika öz iddialarını sübut edə bilən bir fakta malik olsaydılar, çoxdan bu faktı hamının ixtiyarına qoyardılar.

Bəşşar Əsəd bu sözləri, Amerika prezidenti Barak Obamanın, Rəsmi Dəməşqin Rəsmi Vaşinqtonun qırmızı xəttini keçdiyini, və yaraqlılara qarşı kimyəvi silahlardan istifadə etdiyini söyləməsindən və ABŞ hökumətinə suriyalı silahlı üsyançıların ixtiyarına silah verilməsi üzrə göstəriş verməsindən sonra söylənilir.

Həmçinin İngiltərə və Fransa Bəşşar Əsəd hökumətinin devrilməsi üçün döyüşən yaraqlılara silah verilməsi haqda söhbətlər ediblər.

Silah, o cümlədən tüfəng, minomyot və tanka qarşı raketlərin üsyançılara verilməsi, Suriyanın dövlət qüvvələrinin yaraqlarla mübarizədə onlara ağır xəsarətlər vurmalarından bir neçə gün sonra ortaya atılır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu