LivanXƏBƏRLƏR

Sionist təhlilçi: Seyid Həsən Nəsrullahın sözləri tam həqiqətdir

Sionist rejimin siyasi məsələlər üzrə təhlilçisi etiraf edibdir ki, Livan Hizbullahı baş katibinin parametrlərin Suriya prezidenti Bəşşar Əsədin xeyrinə dəyişməsi haqdakı sözlərinin tam həqiqət olduğunu bildirib.

Sionist rejimin ikinci telekanalının yazıçısı və siyasi təhlilçisi İhud Yeeri deyib: Biz hal hazırda tale-təyinedici bir müharibə ərəfəsindəyik. Suriya Ordusu və Hizbullah qüvvələri özlərini strateji Hələb döyüşü üçün hazırlayırlar.

Bu sionist analitik deyib: bu əməliyyat Hələbin silahlı qrupların əlindən azad edilməsi üçün planlaşdırılıb.

Yeeri sonra deyib: Bu döyüşdə Suriya ordusunun zəfər çalması ilə silahlı qruplar Ədləb, Deyrəzzur və Fərat məntəqəsi və digər məntəqələrdə mühasirəyə məruz qalacaqlar.

İhud Yeeri həmçinin deyib: Yalnız amerikan silahların silahlı qruplara göndərilməsi prosesinin davam etdiyi və Amerikanın modern silahlarının Türkiyə və İordaniya vasitəsi ilə tez bir zamanda onların ixtiyarında olduğu zaman bu qruplar Suriya ordusunun hücumları qarşısında müqavimət göstərə bilərlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu