AsyaDünyaİranXƏBƏRLƏR

Zərif ilə Əyad mədəni fikir mübadiləsi aparıblar

İran xarici işlər nazir Məhəmməd Cavad Zərif ötən gün (çərşənbə 5 fevral) İslami Əməkdaşlıq Təşkilatı (İƏT)-in yeni baş katibi ilə görüşərək, İran İslam Respublikası ilə OİC (İƏT) arasındakı münasibətlər barəsində fikir mübadiləsi aparıb.

İRİB-nin verdiyi məlumata əsasən, Məhəmməd Cavad Zərif İƏT-in potensialına toxunaraq, islam dünyasının qarşılaşdığı müxtəlif mövzular, o cümlədən ifratçılıqla mübarizə, firqəçilik ixtilaflarından ortaya çıxan nigarançılıqlar, İslam insan haqları məsələləri, üzv ölkələr arasında əməkdaşləq və inkişafın güclənməsi və müsəlmanların ilk qibləsi olan Qüdsi-Şərif və Fəlsətin amallarından müdafiə kimi məsələlər haqda İran İslam Respbulikasının təşkilatın bir üzvü kimi mövqelərini açıqlayıb.
İƏT-in baş katibi Əyad Mədəni isə bu görüşdə İslamı İranın İƏT-in ən önəmli üzvü olduğunu deyərək, müxtəlif siyasi, itqisadi və mədəni sahələrdə ikitərəfli münasibətlərin davam etməsi üzərində təkid edib.
İƏT-in baş katibi həmçinin həmin görüşdə İslami İnkişaf bankı, İslami İnteqrasiya fondu və İƏT-in sair maliyyə fəaliyyətlərində İran İslam Respublikasının fəal iştirakı üzərində təkid edib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu